Taksi xidmətində gündəmdə olan suallar: İlkin Zeynallı ilə müsahibə - VİDEO

Xəzər FM-in efirində İlkin Zeynallı taksi xidmətləri ilə bağlı dinləyicilərin tez-tez ünvanladığı sualları cavablandırıb.
Söhbətdə sifarişlərin yönləndirilməsi, qiymətlərin hesablanması, sürücü və sərnişin təcrübəsi, eləcə də təhlükəsizlik və müştəri dəstəyi müzakirə olunub. Efirdə qaldırılan əsas suallara verilən cavablardan seçmələri təqdim edirik.
Bolt hansı model əsasında fəaliyyət göstərir?
Bolt sərnişinləri fərdi sahibkar kimi fəaliyyət göstərən sürücülər və tərəfdaş avtoparklarla əlaqələndirən texnoloji mobillik platformasıdır. Platforma sifarişlərin uyğunlaşdırılmasını, təxmini qiymətin hesablanmasını, ödənişi, təhlükəsizlik alətlərini və müştəri dəstəyini bir sistemdə birləşdirir. Səfər xidmətlərini platforma vasitəsilə fəaliyyət göstərən sürücülər təqdim edirlər. Onlar Bolt-un əməkdaşları deyil: bəziləri fərdi sahibkar kimi, digərləri isə tərəfdaş avtoparkların sürücüləri kimi fəaliyyət göstərirlər.
Platforma hansı dəstəyi göstərir?
Platforma sifariş və ödəniş sistemlərinin işləməsini təmin edir, təhlükəsizlik alətləri təqdim edir və sərnişinlərə səfərlə bağlı rəy və şikayətlərini tətbiq vasitəsilə göndərmək imkanı yaradır. Müvafiq komandalar daxil olan müraciətləri araşdırır və təsdiqlənmiş qayda pozuntuları ilə bağlı tədbir görür. Sürücü avtomobili təhlükəsiz idarə etməyə, platforma isə texnoloji dəstək göstərməyə və bildirilən hallara baxmağa cavabdehdir.
Sifarişi bəzən sərnişindən uzaqda olan sürücü niyə qəbul edir?
Bəzən sifariş ən yaxın sürücüyə deyil, sərnişinin yanına daha tez çata biləcək sürücüyə yönləndirilir. Sistem bunu müəyyən edərkən sürücünün mövqeyi ilə yanaşı təxmini çatma vaxtını, yol şəraitini, xidmət kateqoriyasını və həmin andakı tələb-təklif balansını nəzərə alır. Buna görə sürücü məsafəcə daha uzaqda olsa da, sərnişinə çatma vaxtı daha qısa ola bilər. Məqsəd sərnişinin gözləmə müddətini və sürücünün sifarişsiz qət etdiyi məsafəni azaltmaqdır.
Qiymətlər necə hesablanır? Sərnişin endirimi sürücünün qazancına təsir edirmi?
Qiymət məsafə, təxmini səfər müddəti, tıxac, hava şəraiti, xidmət kateqoriyası və həmin andakı tələb-təklif balansından asılıdır. Sərnişin sifarişi təsdiqləməzdən əvvəl qiyməti tətbiqdə görür.
Sərnişinə təqdim olunan endirim sürücünün qazancını azaltmır. Endirim fərqini Bolt kompensasiya edir.
Sürücü sifarişi qəbul etdikdən sonra gəlmirsə və ya sərnişindən sifarişi ləğv etməsini istəyirsə, sərnişin nə etməlidir?
Sürücü sifarişi qəbul etdikdən sonra səfəri yerinə yetirməlidir. Əgər sürücü gəlmirsə və ya sərnişindən sifarişi ləğv etməsini istəyirsə, sərnişinə tətbiqdə həmin səfəri seçərək Müştəri Dəstəyinə müraciət etməyi tövsiyə edirik. Bu, hadisənin araşdırılmasına və oxşar halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməsinə kömək edir.
Müştəri dəstəyinə müraciət edərkən nəyə diqqət etmək lazımdır?
Müraciəti tətbiqin “Səfərlər” bölməsindən konkret səfəri seçərək göndərmək vacibdir. Problemi qısa və faktlara əsaslanaraq izah etmək, varsa ekran görüntüsü və ya ödəniş sənədi əlavə etmək araşdırmanı asanlaşdırır.
Hava limanı kateqoriyası niyə hər sürücü üçün əlçatan deyil?
Hava limanında taksi fəaliyyəti aidiyyəti qurumlar tərəfindən tənzimlənir və kateqoriyada xidmət göstərən avtomobillərin sayının artırılması həmin qurumların qərarından asılıdır. Bolt hazırda ayrılmış avtomobillərlə sərnişinlərə mümkün qədər keyfiyyətli xidmət göstərməyə çalışır. Avtomobillərin sayının artırılması ilə bağlı təkliflərimiz aidiyyəti qurumlara təqdim edilib.
Pik saatlarda avtomobil tapmaq niyə çətinləşir?
Pik saatlarda sifarişlərə tələbat artır. Eyni zamanda, Bakı üzrə taksi fəaliyyəti üçün verilən buraxılış kartlarının sayına 25000 avtomobillik kvota müəyyən edilib. Hazırda buraxılış kartlı avtomobillərin sayı kvotanı üstələsə də, gələcəkdə kvotada müəyyən edilmiş sayda taksinin fəaliyyət göstərəcəyi gözlənilir. Bu amillər ümumilikdə avtomobil tapma müddətini uzada bilər. Başqa sözlə desək, tələb stabil qalsa da, təklif azalacaqdır. Taksi fəaliyyəti və icazələrin tənzimlənməsi aidiyyəti qurumların səlahiyyətindədir; Bolt fəaliyyətini qüvvədə olan qanunvericiliyə uyğun qurur. Mobilliyin yaxşılaşdırılması üçün beynəlxalq təcrübəyə əsaslanan təkliflərimiz də aidiyyəti qurumlara təqdim edilib.
Şəhər mobilliyinin daha əlçatan olması nə deməkdir?
Bu, insanların ehtiyac duyduqları vaxt nəqliyyat xidmətlərindən rahat, qısa gözləmə müddəti ilə və münasib qiymətə istifadə edə bilməsidir. Xidmətlər əlçatan və rahat olduqda, şəxsi avtomobilə alternativ kimi daha cəlbedici ola bilər. Buna nail olmaq üçün sərnişinlərin ehtiyaclarını, sürücülərin iş şəraitini və şəhər mobilliyinə təsir edən amilləri nəzərə almaq vacibdir.
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin












