Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqda torpaq sahəsi alıb və özünə ev tikib. Ev hazır olandan sonra özlərinə aid olan əşyaları yeni evə köçürüblər. Sakitin həyat yoldaşı Elzadə özünə məxsus məişət əşyalarını toplayarkən evdəki yeni soyuducunu da götürmək istəyib. Bu vaxt evdə olan digər gəlin - Aqilin həyat yoldaşı buna etiraz edib. Mübahisə sakitləşəndən sonra Akif gəlinlərə yaxınlaşıb və mübahisənin səbəbini soruşub. Elzadə bildirib ki, evdəki soyuducunu Sakit aldığı üçün həmin soyuducunu da evinə aparmaq istəyir. Qayınata gəlini sakitləşdirib və soyuducunun bu evdə qalmasını istəyib. O, gəlininə bildirib ki, soyuducunun birini yeni evinə aparıb, ona görə də bu soyuducu onun evində qalsın. Elzadə isə daha da əsəbiləşərək, "o soyuducu bu evdə qalacaqsa, sənin yasına qismət olsun", - deyib. Bundan əsəbiləşən Akif gəlinini döyüb, ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə iclasında gəlinlə qayınata arasında barışıq elan olunub, cinayət işinə xitam verilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












