Yaşayış binasının zirzəmisindəki boru partladı: Sakinlər üfunətdən evdə OTURA bilmir - FOTO

Bakının Nəsimi rayonu, Mir Cəlal Paşayev küçəsinin sakinləri həmin ünvandakı üfunətdən şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Bizim.media-ya Mir Cəlal Paşayev, 10 ünvanında yaşayanlar müraciət ediblər.
Sakinlər binanın zirzəmisində kanalizasiya borusunun partladığını və bu səbəbdən ətrafa pis qoxu yayıldığını iddia edirlər. Onların sözlərinə görə, ətrafa milçək və digər həşəratlar yığışır ki, bu da yay axşamı insanların binanın həyətində istirahətinə mane olur.
Bu durumdan daha çox əziyyət çəkən isə birinci mərtəbədə mənzili olanlardır. Birinci mərtəbədə yerləşən mənzildə yaşayan sakinin sözlərinə görə, müvafiq sukanal idarəsindən gəlib vəziyyətlə tanış olsalar da, problem həll olunmamış qalıb. Onlar mənzildəki şaxtanın kiçik olduğunu əsas gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlanıb. Qurumdan problemlə yerində tanış olduqlarını bildiriblər.
"Qeyd olunan ünvanda vətəndaşın mənzilindən keçən tullantı su xəttində axıntı müşahidə olunub. Aparılan baxış zamanı müəyyən edilib ki, mənzildəki şaxtaya giriş üçün nəzərdə tutulmuş pəncərə standart ölçülərdən kiçik inşa olunduğuna görə xəttə texniki müdaxilə mümkün deyil.
Müvafiq sukanal idarəsinin qəza-bərpa briqadası əraziyə cəlb edilərək vətəndaşa vəziyyət izah edilib. Bildirilib ki, şaxta sökülərək xəttə müdaxilə üçün zəruri şərait yaradılacağı təqdirdə tullantı su xəttindəki nasazlığın aradan qaldırılması mümkün olacaq", - deyə qurumdan vurğulanıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO















