Yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb

İtaliyanın Siciliya adasının sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin sualtı axtarış robotu və yanğınsöndürmə briqadasının dalğıcları dənizin 50 metr dərinliyində beş nəfərin cəsədini aşkarlayıb. Super yaxtanın sahibi, “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun qızı Hannanın, “Morgan Stanley International”ın prezidenti Conatan Blumerin və amerikalı vəkil Kris Morvillonun cəsədi sudan çıxarılıb. Digər cəsədin tanınması aparılır. Conatan Blumerin həyat yoldaşı Enn Elizabet Cudit və Kris Morvillonun həyat yoldaşı Neda Morvillo da itkin düşənlər sırasındadır.
Bununla da yaxtanın batması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xilasetmə qrupları hazırda itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində yaxtanın kapitanı Ceyms Ketfildin iki saat dindirildiyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Palermo şəhərinin şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












