Yeniyetmə istirahət mərkəzinin hovuzunda boğulub
Hadisə
14 İyul 2024 23:02
Oxunub 572
Xaçmaz rayonunun Nabran qəsəbəsində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, hadisə qəsəbənin ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, 13 yaşlı Həsənli Etibar Böyükağa oğlu istirahət mərkəzinin hovuzunda batıb.
Onun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ