Yevlaxda içində sürücü və sərnişin olan maşın partlayaraq alışdı - VİDEO

Yevlax-Bərdə avtomobil yolunun 5-ci kilometrliyində avtomobil partlayaraq yanıb.
Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə mayın 25-də səhər saatlarında yun zavodunda qeydə alınıb. Belə ki, “Mitsubishi L-200” markalı avtomobilin yük hissəsində həcmi 50 litr olan məişət qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində nəqliyyat vasitəsinin salonu və yük hissəsi yanaraq yararsız hala düşüb. Yanğın vaxtı avtomobildə olan sürücü - 1962-ci il təvəllüdlü Əliyev Raquf Əvəz oğlu və sərnişin - 1968-ci il təvəllüdlü Əsədov Akif Şiraslan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə ilk olaraq yaxınlıqda olan vətəndaşlar gəlib. Onlar xəsarət alanlara ilkin yardımı göstəriblər. Ardınca əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












