Yol tikintisi zamanı faciə: Yük maşınının altında qalıb, öldü

Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib.
Avtosfer.az "Müsavat.com"a istinadən xəbər verir ki, layihə məşhur Körpü Bina Tikinti MMC tərəfindən icra edilir.
Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib.
Dünyasını dəyişən şəxs Körpü Bina Tikinti MMC ilə podrat müqaviləsi bağlamış şirkətin əməkdaşı Firavan Hacıbalayev olub.
"Şaqman" markalı yük maşınının Etibar adlı sürücüsü tikinti yerinə çay daşı gətirən zaman maşınlardan yükün boşaldılmasına Firavan Hacıbalayev nəzarət edirmiş. Hadisənin baş verməsinə səbəb yükün boşaldıldığı ərazidə havanın yağışlı olması, torpaq səthinin yumşaq olması olub. Sürücünün idarəetməni itirməsi ilə yük maşını aşıb və Firavan avtomobilin altında qalaraq dünyasını dəyişib.
Sürücü Etibar baş verənlərə görə peşman olduğunu deyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun ailəsinə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Məhkəmənin hökmü ilə sürücü 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO










