Yüz metr hündürlükdəki tarixi dəmir yolu körpüsü dağıdıldı

Myanmada yerləşən və bir vaxtlar dünyanın ən hündür dəmir yolu sayılan "Gokteik" körpüsü münaqişə zamanı dağıdılıb. Avtosfer.az "Bakupost"a istinadla xəbər verir ki, 2021-ci ildə hərbi çevrilişd nəticəsində ölkədə mülki hökumət devrildikdən sonra Myanma ordusu və müxtəlif üsyançı və etnik silahlı qruplar arasında müharibə davam edir. Bazar günü həm hərbi xunta, həm də üsyançı qruplar bir-birlərini "Gokteik" körpüsünün dağıdılmasında ittiham ediblər. Hərbi xunta nümayəndəsi Zou Min Tun bildirib ki, körpü TNLA (Taang Milli Azadlıq Ordusu) və digər xalq müdafiə qüvvələri tərəfindən minalarla partladılıb. TNLA isə bu ittihamı rədd edərək, hərbçilərin dronlardan istifadə edərək körpünü bombaladığını açıqlayıb. Gokteik körpüsü 300 metr uzunluğunda və 102 metr hündürlükdədir. 1901-ci ildə Britaniya koloniyası olarkən tikilmiş bu körpü Myanmanın dünyanın ən hündür dəmir yolu idi. Sosial şəbəkələrdə körpünün qismən dağıldığını və ciddi zədələr aldığını göstərən video və fotolar yayılıb. Sözügedən körpü Mandalay-Lashio dəmir yolu xəttinin bir hissəsini təşkil edir və turizm üçün cəlbedici məkan hesab olunur. Mütəxəssislər bildirirlər ki, Myanma hərbi xuntası dekabr ayında keçiriləcək seçkilərə hazırlaşarkən, üsyançı qruplar bu hərəkəti etiraz kimi həyata keçirə bilərlər. "Gokteik" körpüsünün dağıdılması yalnız mühəndislik abidəsi üçün deyil, həm də ölkənin tarixi və mədəni irsi üçün ciddi itki sayılır.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










