Zabratda avtomobil təmiri sexi yandı; “BMW” kül oldu - VİDEO

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

***
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
**
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verib.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












