Zaqatalada 53 yaşlı qadın evdə yanaraq ÖLDÜ - YENİLƏNİB

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.
***
Zaqatalada fərdi yaşayış evi yanıb, ev sahibəsinin qızı yanaraq ölüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Muxax kəndində, kənd sakini Gözəl Xalıq qızı Ömərova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün 100 kv/m -lik sahəsinin və bir otağının 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın kəşfiyyatı zamanı ev sahibəsinin qızı 1972-ci il təvəllüdlü Arzu İbrahim qızı Ömərovanın yanmış meyiti aşkar edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***09:35
Zaqatalada evdə yanğın olub, ölən var.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində 1940-cı il təvəlüdlü Ömərova Gözəl Xalıq qızına məxsus yaşayış evində qeydə alınıb.
Yanğın yerinə Zaqatala rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Ümumi sahəsi 150 m² olan 1 otaqlı yaşayış evinin bir otağının 50 m² hissəsi və çardağının 20 m² hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı evdə olan 1972-ci il təvvəlüdlü Ömərova Arzu İbrahim qızı yanaraq dünyasını dəyişib.(apa)
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO










