Zaqatalada kişini döyüb öldürən şəxs saxlanıldı

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən daha biri saxlanılıb. Avtosfer.az-ın məlumatına görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Xatırladaq ki, İ. Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları – Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleyman oğlu Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başladılıb, araşdırma aparılır.
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












