Ziyarətgahdan qayıdarkən itkin düşənlərdən XƏBƏR VAR

Şahdağ Milli Parkı ilə həmsərhəd olan "Babadağ" ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib.
Bu barədə Avtosfer.az Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.
Xidmətin rəisi Firuddin Əliyev bildirib ki, 28 iyul 2024-cü il tarixində milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb:
“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












