Sovet dövründə Azərbaycanda piyada intizamı belə idi - VİDEO

Bu gün sovet dövrü barədə danışarkən yaşlı nəsil 2 şeyi xüsusi vurğulayır: güclü təhsil və tərbiyə (nizam-intizam). Deyilənlərə inananlar arasında gənc nəslin nümayəndələri də çoxdur. Bəs bütün bunlar reallıqdır, yoxsa iddia?
Sovet təhsilinin güclü olması deyildikdə ilk ağlıma gələn bu olur: anama 1975-ci ildə Xarici Dillər İnstitutunda tədris edilən fransız dilinin qrammatikası dərsi ilə mənim 1995-ci ildə keçdiyim qrammatika birəbir eyni idi. Halbuki, anamın ixtisası fransız dili müəllimi, mənimki isə tərcüməçilikdir. 20 ildə heç bir yeniliyin olmamasının inkişaf, yoxsa reqressiya olduğunu müəyyən etməyi hörmətli oxucunun ixtiyarına buraxıram (obyektivlik naminə deməliyik ki, bu uzunmüddətli “sabitliyə” Fransada təhsil alıb qayıtmış müstəqil Azərbaycanın gəncləri son qoydular).
İndi gələk, nizam-intizam məsələsinə. Tərbiyə təkcə ağsaqqal kultuna hörmət, “bəli”, “xeyir”lə danışmaqla ölçülmür. Yaxşı tərbiyənin bir göstəricisi də qanunlara, ilk növbədə yol hərəkəti qanunvericiliyinə əməl etməkdir. Bəs yol hərəkəti qaydalarına Azərbaycan SSR-də kim necə əməl edirdi?
70-80-ci illərə aid sənədli filmlərə baxdıqda hər şey qaydasındadır. Arabir milis reyd keçirib bəzi qayda pozanları cərimələyirdi, vəssalam.
Lakin bu yaxınlarda qarşıma çıxan video 80-ci illərin Bakısındakı real vəziyyəti daha dəqiq əks etdirir. O dövrün məşhur müğənnilərindən Züleyxa Mirismayılovanın “Yaşa həyat, yaşa arzum” mahnısına çəkilmiş klipinin ilk 1 dəqiqəsinə fikir verin: yolu necə gəldi keçən, qaçan, maşınların arası ilə irəliləyən piyadalar, düz xətdən dönən, son anda dönən, digərinin yoluna çıxan, dönmə işığı yandırmayan, tində park edilən avtomobillər. 1 dəqiqəlik kadrlarda onlarla qayda pozuntusu tapmaq mümkündür.
Klipin 1.50-ci dəqiqədən sonrakı hissəsində uzaq planda yenə də intizamsız piyadaları görmək mümkündür. Avtomobillərin də hərəkətə xaotikdir, bir neçəsinin şüşəsilənləri yoxdur. Bu günün Bakısında cərgə ilə hərəkət edə bilməyən sürücülər görünür avtomobil idarə etməyi 70-ci illərdə sürücülüyə başlamış babalarından öyrəniblər.
3.30 dəqiqəlik klipdə həm sürücülərin, həm də piyadaların saysız-hesabsız qayda pozduğu göz qabağındadır. Bizcə, bu xəbərdən sonra gənclərimiz Sovet Azərbaycanı ilə bağlı deyilənlərə başqa prizmadan baxacaqlar.
Maraqlıdır, görəsən QLAVLİT niyə bu klipdəki “sovet əxlaqına zidd” məqamları görməyib.
Vüqar Yaşaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












