Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...

Bu gün Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib.
Avtosfer.az xəbər verir ki, təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Fərhad Xəlilov vaxtilə şəkli özü tərəfindən hazırlanmış bu ordenlə nə vaxtsa təltif olunacağını fikirləşmədiyini bildirib: “Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam”.
Prezident İlham Əliyev isə cavabında deyib: “Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz”.

Qeyd edək ki, “İstiqlal” ordeni 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunla təsis edilib. 1992-2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olub.
Azərbaycanda milli-azadlıq hərakatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərinə görə və Azərbaycanın milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir.
“İstiqlal” ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə (1993-cü il) heç kəs təltif olunmayıb. Ordenin ikinci təsviri 1998-ci ildə təsdiq edilib.

Üçüncü və hazırkı təsvir isə 2013-cü ildə təsdiq olunub. “İstiqlal” ordeni bir-birinin üzərinə qoyulmuş iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasındakı lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında səkkizguşəli ulduz təsvir olunub. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca “İstiqlal” sözü yazılıb.
İndiyə kimi bu ordenlə 76 nəfər təltif olunub. Onlar arasında Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Süleyman Dəmirəl, Müslüm Maqomayev və digərləri var.

“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə












