Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq

Polşada abort qanunvericiliyinin yumşaldılmasını nəzərdə tutan iki layihə təsdiqlənib. Polşa Seymi abortla bağlı mövcud qanunvericiliyin yumşaldılmasını nəzərdə tutan iki qanun layihəsini qəbul edib.
Avtosfer.az xəbər verir ki, “Onet” nəşrinin məlumatına görə, deputatlar aborta yardım göstərilməsinin qismən dekriminallaşdırılmasını və döldə ciddi inkişaf qüsurları aşkarlandıqda hamiləliyin dayandırılması hüququnun bərpasını dəstəkləyiblər.
Qeyd edək ki, Polşa hazırda Avropada abortla bağlı ən sərt qanunvericiliyə malik ölkələrdən biri hesab olunur.
Layihələrdən biri abort etdirmək istəyən qadına bu prosesdə kömək göstərən şəxslərin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur.
Mövcud qanunvericiliyə əsasən, belə yardıma görə şəxslər üç ilədək həbs cəzası ilə üzləşə bilərlər.
Digər müddəalara əsasən, hamiləliyin qadının sağlamlığına təhlükə yaratdığı və ya döldə ağır inkişaf qüsurlarının müəyyən edildiyi hallarda həkimlərin abort həyata keçirməsinə görə cinayət məsuliyyətinə cəlb edilməməsi nəzərdə tutulur.
2021-ci ildə qüvvəyə minən məhdudiyyətlərdən sonra Polşada hamiləliyin dayandırılmasına yalnız bu halda icazə verilib: qadının həyatı və ya sağlamlığı təhlükə altında olduqda, eləcə də hamiləlik təcavüz nəticəsində baş verdikdə.
2023-cü ilin sonunda hakimiyyətə gələn baş nazir Donald Tuskun rəhbərlik etdiyi liberal “Vətəndaş Koalisiyası” abort qanunvericiliyinin yumşaldılmasını vəd etsə də, islahatların həyata keçirilməsi çətinliklərlə müşayiət olunub. Mühafizəkar siyasi qüvvələrin müqaviməti və hakim koalisiya daxilindəki fikir ayrılıqları bu istiqamətdə dəyişikliklərin qəbulunu ləngidib.
Türkan Ülvi
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO












