“1 manatlıq” taksilər yollarda xaos yaradır

Bakıda qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişin daşımalara ciddi maneə yaradır.
Avtosfer.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
O qeyd edib ki, sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəsi yollarda xaotik vəziyyətə səbəb olub:
"Metronun "20 yanvar" və "Koroğlu" stansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir, "1 manatlıq taksilər"dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm də daşıyıcı sərnişin itirir.
Daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var".
"Bəzi hallarda qanunsuz sərnişin daşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur. Nəticədə sərnişinlər həmin "1 manatlıq" taksilərdən istifadə edirlər", - M.Ağayev əlavə edib.
Modern.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











