15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat kimdir?

Dünən axşam Rusiyanın Kostroma şəhərində 15 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi kafenin vilayət dumasının deputatına məxsus olması ortaya çıxıb. Həmin deputatın isə azərbaycanlı İxtiyar İldır oğlu Mirzəyev olduğu məlum olub.
Bəs, Kostroma Vilayət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü olan İxtiyar İldir oğlu Mirzəyev kimdir?
Lent.az kiçik bir araşdırma edərək onunla bağlı bir neçə faktı təqdim edir:
İxtiyar İldır oğlu Mirzəyev 1969-cu il martın 8-də Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində anadan olub.
O, 1993-cü ildə Kostroma Texnologiya İnstitutunun Ağac emalı texnologiyası fakültəsinin texnoloji mühəndis ixtisası üzrə təhsil alıb. Mirzəyev əmək fəaliyyətinə 1993-cü ildə Rusiyanın Kostroma şəhərindəki ağac emalı zavodunda başlayıb. 1994-cü ilin may ayına qədər burada işləyib.
O, 1998-ci ilin aprelindən 2005-ci ilin oktyabr ayına qədər “Nur" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb. 2005 - 2006-cı illərdə 28173 saylı hərbi hissədə 4 saylı ev təsərrüfatı mühəndisi kimi fəaliyyət göstərib.
2006-cı ilin dekabr ayından indiyədək “Poliqon” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorudur.
O, 2005-ci ilin dekabrından 2010-cu ilin oktyabrına qədər IV çağırış, 2010 - 2015-ci illər arasında V çağırış Kostroma Regional Dumasının deputatı olub.
İxtiyar Mirzəyev 2015-ci ildən bu günə kimi VI çağırış Kostroma Regional Dumasının deputatıdır. O, İqtisadi, Sənaye Siyasəti və Sahibkarlıq Komitəsinin də üzvüdür. Bundan əlavə, Bank işi və Maliyyə Komitəsində də təmsil olunur.
Onu da qeyd edək ki, İxtiyar Mirzəyev 2018-ci il iyulun 12-də Kostroma Regional Dumasının iclasında pensiya yaşının artırılmasının lehinə səs verib.
Xatırladaq ki, dünən baş vermiş yanğın 3,5 min kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində Kostromada ən azı 15 nəfər həlak olub. Çoxsaylı yaralı var. Ölənlərin sayı isə durmadan artır.
İddialara görə, kafeyə gələn ziyarətçilərdən biri qəzəblənərək raket atan çıxararaq, atəş açıb. Hüquq-mühafizə orqanlarının artıq şübhəlinin axtarışına başladığını bildirilir.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










