21 yaşlı qadın təyyarədə uşaq dünyaya gətirdi - FOTOLAR

ABŞ sakini səyahət zamanı övladını təyyarədə dünyaya gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, 21 yaşlı Kendria Roden 32 həftəlik hamilə olub və körpəsinin tezliklə doğulacağını gözləməyib. O, ailəsi ilə birgə səyahətə çıxıb.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qadının sancıları başlayıb. Təyyarədəki sərnişinlərin köməyi ilə qadın övladını dünyaya gətirib və uşağın adını Skaylen qoyublar.
Sərnişinlər və ekipaj işçiləri qadını təbrik ediblər və təyyarə yerə enən kimi aeroport əməkdaşlarının köməyi ilə qadın xəstəxənaya yerləşdirilib. Belə ki, uşaq vaxtından əvvəl dünyaya gəlib.
Anasının sözlərinə görə, oğlu ABŞ ərazisində anadan olmadığı üçün onun hansı vətəndaşlıq alacağından narahat olub. Səfirlikdən Skaylenin anası kimi Amerika vətəndaşlığı alacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl də Böyük Britaniyada kişi yol təmir işləri ilə əlaqədar hamilə həyat yoldaşını xəstəxanaya çatdıra bilməyib və doğuşu özü həyata keçirib. Britaniyalı sakin belə bir hadisənin onun həyatında ilk dəfə baş vermədiyini bildirib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












