“3-cü mikrorayon dairəsi”ndəki körpü qəzalı vəziyyətdədir? - AÇIQLAMA - VİDEO

Bakıda “3-cü mikrorayon dairəsi”ndə körpünün vəziyyəti görənləri qorxudur.
Avtosfer.az xəbər verir ki, körpünün vəziyyəti barədə videolar sosial şəbəkədə paylaşılıb.
Sosial şəbəkə istifadəçiləri körpünün qəzalı vəziyyətdə olduğu, ərazidən keçən nəqliyyat vasitələrinin təhlükə ilə qarşı-qarşıya qaldığını paylaşırlar. Bu cür məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a açıqlamasında bildirib ki, respublika ərazisində, eləcə də Bakıda körpülər mütəmadi yoxlanılır:
“Hər hansı problem olduqda dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır. Həmin körpüdə problem olsaydı, körpü üzərində nəqliyyatın hərəkəti dayandırılardı və körpü təmirə bağlanardı. Narahatlığa heç bir səbəb yoxdur.
Qeyd edim ki, bütün körpülərdə temperatur şovu var. Yəni, soyuq aylarda dəmir-beton bir az yığılır, isti havalarda isə nisbətən genişlənir. Bu şovlar o prosesi tənzimləyir. Hər şey qaydasındadır”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











