Abidələrə vahid qaydada pasport veriləcək

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Dövlət mühafizəsinə götürülən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq ölkəmizdə 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər” Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər.
Həmçinin, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.
Bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zamin varadır. Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda nəzərdə tutulan dəyişiklik də məhz Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











