Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasov həbs edilib.
Avtosfer.az Gununsesi.info-ya istinadla xəbər verir ki, idarə rəisinin həbsinə səbəb Mingəçevirdəki “Hasil” adlı restoranda baş verən dava-dalaş olub.
Belə ki, bir neçə nəfərlə şəxsi mübahisə edən Arif Abbasov avtomobilindəki silahla qarşıdakıları vurmağa cəhd edib.
Lakin qarşı tərəfin cəld tərpənərək stəkanla ona zərbə endirməsi nəticəsində Arif Abbasov huşunu itirib.
Başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












