ABŞ hərbi gəmiləri Panama kanalından sərbəst keçəcəklər

"ABŞ və Panama Panama kanalının təhlükəsizliyi və istifadəsi ilə bağlı birgə bəyannamə imzalamaq niyyətindədir".
Avtosfer.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamanın ictimai təhlükəsizlik naziri Frenk Abreqo ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin zərərli təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, ABŞ tərəfindən qorunmalı olan əsas bölgədir" , - deyə o vurğulayıb.
P.Heqset bildirib ki, məhz bu səbəbdən ABŞ və Panama təhlükəsizlik sahəsində birgə fəaliyyət haqqnda anlaşma memorandumu imzalayıb:
"Bu mətbuat konfransından dərhal sonra Panama kanalının təhlükəsizliyi və istifadəsi ilə bağlı birgə bəyannamə imzalayacaqlar, bu da ABŞ hərbi gəmilərinin və yardımçı gəmilərinin kanaldan sərbəst keçməsinə icazə vermək üçün əsas təşkil edir".(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












