Açıq havada maska taxmaqla bağlı DİN-dən AÇIQLAMA

Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı TƏBİB nümayəndəsinin açıqlaması onun şəxsi fikridir.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusunu cavablandırarkən deyib.
Onun sözlərinə görə, maska ilə bağlı Nazirlər Kabinetinin qərarı var. İctimai yerlərdə, açıq məkanlarda, açıq havada maskadan istifadə olunmalıdır: "Bununla bağlı TƏBİB-dən rəsmi açıqlama verilib ki, bu açıqlama verən şəxsin öz fikridir. Yəni bu açıqlama TƏBİB-in rəsmi mövqeyinin əks etdirmir. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib, ona görə də qaydalara ciddi əməl edilməlidir ki, dövlət növbəti yumşalma tədbirlərini davam etdirsin. Bu bizim hər birimizə asılıdır və indiyə qədər çəkilən əziyyət hədər getməsin. Hər bir vətəndaşın bu tibbi maskalardan doğru və düzgün istifadə etmək məcburiyyəti var. Bu həm də qanunvericilik normaldır. Əgər hansısa şəxs ictimai yerlərdə müvafiq maskalardan düzgün istifadə etmirsə və polis tərəfindən aşkarlanırsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












