ADSEA rəsmisi: "Daşqınlar və güclü yağışlar hər il daha ciddi xarakter alır"

"Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir".
Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.
O bildirib ki, iqlim dəyişikliyi, məsələn daşqınlar və güclü yağışlar artıq gələcəyin problemləri deyil:
"Bunlar artıq daha tez-tez baş verir və hər il daha da ciddi xarakter alır. Bu hadisələr infrastruktura ziyan vurur, evlərə təsir edir və insanların həyat keyfiyyətini aşağı salır.
Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə üz-üzədir. Buna görə də uyğunlaşma əsas prioritetlərimizdən biridir. Keçmişdə Azərbaycanda ildə təxminən 10-20 yağışlı gün olurdu. Bu gün isə bu rəqəm dəfələrlə artıb. İqlim dayanıqlığını artırmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi milli su strategiyası və digər dövlət inkişaf proqramlarına uyğun fəaliyyət göstərir.
Bizim işimiz təmiz su, iqlim fəaliyyəti və ətraf mühitin qorunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir. Eyni zamanda, 2024-cü ildə Azərbaycanda keçirilən COP29 zamanı qəbul edilən qərarlara da töhfə verir. Biz, həmçinin qarşıdan gələn COP31 üçün dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl şirkətlərlə birlikdə yeni uyğunlaşma layihələri hazırlayırıq".
O bildirib ki, eyni zamanda yalnız mühəndislik həlləri kifayət etmədiyini anlayırıq:
"Müasir texnologiyalar və elm su idarəçiliyinin bir hissəsinə çevrilməlidir. Biz GIO texnologiyalarından və real vaxt məlumat sistemlərindən istifadə edərək avtomatlaşdırılmış monitorinq sistemlərini strateji şəkildə tətbiq edirik ki, daşqın və quraqlıqları daha yaxşı proqnozlaşdıraq".
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










