Ağdaşda narkotik satan 9 nəfər tutulub - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib, son 20 gün ərzində 9 nəfər tutularaq istintaqa təhvil verilib. Araşdırma zamanı onlardan bir neçəsinin əvvəllər də eyni cinayəti törətdikləri üçün məhkum olunduqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb. K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib.
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər rayon sakini-Əkbər Hüseynov, Orxan Əliyev, Qadir Məmmədov, Nüsrət Səfərov, Pərvin Quliyev, Tofiq Qurbanzadə, Qədir Hacıyev və Tehran Əhmədov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvanlardan müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














