Ağstafa sakinindən narkotik vasitə götürülüb - FOTO

Ağstafa rayon sakinində narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.
S.Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6 000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib.
Hazırda S.Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












