Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün ona 28 min veribmiş

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş qaynı Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.
Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb. Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.
Dələduzluq faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) maddəsi ilə iş açılıb. T.Qurbanovun atasından pulu alaraq Faiqə verən Zakir adlı şəxs dəymiş zərəri ödəyib. Lakin Faiq Zakirdən aldığı pulları geri qaytarmayıb.
Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 54 yaşlı Faiqə 2 il 2 ay həbs cəzası verilib.
Qeyd edək ki, T. Qurbanov bacısının əri 43 yaşlı Allahverdi Mirzəyevi onun həyətində çənəsindən atəş açaraq qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədilməsi müəyyənləşib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












