Almaniyadakı diaspor təşkilatının rəhbəri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayevlə görüşüb.
Komitə sədri Almaniyadakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib.
Alyansın sədri Azərbaycanın dövlət başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən Almaniyada həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib.
Fikir mübadiləsi zamanı Heydər Əliyevin 100 illiyi münasibətilə gələn il Almaniyada azərbaycanlı həkimlərin beynəlxalq forumunun keçirilməsi məqsədəuyğun hesab edilib.
Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində yüksək ixtisaslı alman və azərbaycanlı həkimlərin müvafiq ixtisaslar üzrə qazi və şəhid ailələrinə pulsuz xidmət göstərəcəyinə dair layihənin gerçəkləşdirilməsi təqdir olunub.
Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının bu layihələri həyata keçirməsi və digər əməkdaşlıq məsələləri ilə bağlı tövsiyələrini nəzərə çatdırıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












