ASCO “Gəmiqayırma Zavodu”nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmilər “Bakı Gəmiqayırma Zavodu” MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini başa çatdırıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, işlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












