Banner

Məhkumların azadlığa çıxması ilə bağlı gözlənti: Əfv nə vaxt olacaq?

Xəbərlər 10 Noyabr 2026 20:01
Məhkumların azadlığa çıxması ilə bağlı gözlənti: Əfv nə vaxt olacaq?
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı ilə bağlı cəmiyyətdə gözləntilər artır. Xüsusilə, Yeni il ərəfəsində belə bir qərarın verilməsi ehtimalı müzakirə olunur.

Bəs yaxın zamanda əfv sərəncamının imzalanması nə dərəcədə realdır? Əfv Komissiyasının fəaliyyəti ilə bağlı hazırda hansısa hazırlıq prosesi varmı?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, əfv prezidentin müstəsna konstitusion səlahiyyətidir və dövlət başçısı istənilən vaxt bu barədə qərar qəbul edə bilər.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

Onun sözlərinə görə, əfv sərəncamları, adətən, Yeni il, Novruz bayramı və digər əlamətdar günlər ərəfəsində gündəmə gəlir. Bu prosesdə Əfv Komissiyasının fəaliyyəti də mühüm rol oynayır:

“Əfv Komissiyası fəaliyyətə başlayanda, müraciətlərə baxılaraq müvafiq işlər yekunlaşdırılanda hansısa əfv sərəncamının gözlənildiyini təxmin etmək mümkün olur. Lakin hələlik bu istiqamətdə hər hansı hərəkətlilik hiss olunmur.

Təbii ki, istərdik ki, prezident yaxın günlərdə əfv sərəncamı imzalasın və bir çox insan ailəsinə, doğmalarına qovuşsun. Bu siyahıda gənc jurnalist xanımların, eləcə də siyasi fəalların olmasını arzulayardıq. Belə bir addım cəmiyyətdə barışıq mühitinin formalaşmasına, eyni zamanda Azərbaycana qarşı istifadə olunan arqumentlərin azalmasına müsbət təsir göstərə bilər.

Həyatdır, hər kəs səhv edə bilər. Müxtəlif yanlışlıqlar nəticəsində cinayət törətmiş, xüsusilə də yüngül cinayətlərə görə məhkum olunmuş şəxslərin bağışlanması da müsbət addım olardı. Əfv və amnistiya aktları cəmiyyətdə barışığın, sülhün, əmin-amanlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.

T.Abbaslı əlavə edib ki, hazırda yaxın zamanda əfv sərəncamının imzalanacağına dair konkret gözlənti yoxdur. Bununla belə, onun fikrincə, belə bir qərar veriləcəksə, ən real ehtimallardan biri dekabrın sonları, Yeni il ərəfəsidir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da növbəti əfv sərəncamının verilməsini arzuladıqlarını bildirib. O, qeyd edib ki, hazırda Əfv Komissiyasının iclaslarının keçirilməməsi narahatlıq doğurur:

Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”

“Biz çox istərdik ki, əfv olsun. Amma komissiya hələlik yığılmır. Buna görə də çox narahatıq”.

Beləliklə, növbəti əfv sərəncamının imzalanması ilə bağlı cəmiyyətdə ümidlər olsa da, hələlik prosesin başladığını təsdiqləyən konkret əlamət yoxdur. Dekabrın sonlarında bu istiqamətdə hər hansı qərarın qəbul edilib-edilməyəcəyi isə qarşıdakı dövrdə bəlli olacaq.

 

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh