“Əsgərliyə aparılsam, özümü öldürəcəm” dedi, həbs olundu

Saatlıda hərbi xidmətdən boyun qaçıran şəxs həbs olunub.
Avtosfer.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəray Vəlizadəyə (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mərkəzi Hərbi Həkim Komissiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək 2025-ci ildə müddətli həqiqi hərbi xidmətə yararlı sayılıb.
Ona hərbi xidmətə yola düşmək üçün çağırış vərəqəsi göndərilsə də, G.Vəlizadə üzrlü səbəb olmadan qeyd edilən ünvana getməyib.
SHXÇDX-nin əməkdaşları tərəfindən ailə üzvləri vasitəsilə xəbərdarlıq edilən gənc, yenə növbəti dəfə hərbi çağırışdan boyun qaçırıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs səhhətində yaranan problemlərlə əlaqədar hərbi xidmətə yollanmadığını bildirib. Onun sözlərinə görə, 2022-ci ildə hər iki ayağında olan anadangəlmə 3-cü dərəcəli yastıpəncəlik səbəbindən 3 illik möhlət hüququ əldə edib. Atasının rəhmətə getməsindən sonra isə sinir sistemində problem yarandığını bildirən Gəray, səbəbsiz yerə əsəbiləşdiyini deyib.
O bildirib ki, psixoloji vəziyyəti yerində olmadığı üçün hərbi xidmətə getmək istəmir, hərbi xidmətə aparsalar, yenə özünü öldürməyə cəhd edəcək.
Məhkəmədə Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin də rəyinə baxılıb.
Rəyqdə qeyd olunub ki, təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub. Buna görə də, G.Vəlizadə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Ekspertiza rəyində hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmadığı qeyd edilməklə yanaşı, gəncin mövcud psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı da yazılıb.
Sonda Saatlı rayon məhkəməsində hökm oxunub. Hökmə əsasən, G.Vəlizadə 6 ay müddətinə azadlıqdan məhrum edilib./Xitab24
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












