Banner

Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

Xəbərlər 10 Noyabr 2026 21:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
WhatsApp kanalımıza abunə olun

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.

Avtosfer.az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.

Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab suları ilə çirkləndirilməsinə, eləcə də bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilir.

Torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə də cərimələr nəzərdə tutulub. Bu pozuntuya görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimələnə bilər.

 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh