“Meta” yeniyetmələri süni intellektlə aşkarlayacaq

“Meta” şirkəti süni intellekt əsaslı yaş təxmin etmə texnologiyasını qlobal miqyasda genişləndirərək daha çox yeniyetməni “Instagram”ın xüsusi təhlükəsizlik tədbirləri ilə əhatə edəcək.
Avtosfer.az xəbər verir ki, şirkətin açıqlamasına görə, sistem doğum tarixini yetkin şəxs kimi göstərən, lakin yeniyetmə olduğundan şübhələnilən istifadəçiləri də müəyyən edə biləcək.
Texnologiyanın “Facebook”da da genişləndirilməsi nəzərdə tutulur. Oxşar sistemin ilin sonrakı dövründə “Threads” platformasında da tətbiqi planlaşdırılır.
“Instagram”ın yeniyetmə hesabları üzrə qoruma tədbirləri istifadəçilərlə kimin əlaqə saxlaya biləcəyini, hansı məzmunları görə biləcəyini və platformada keçirəcəkləri vaxtı məhdudlaşdırır.
“Meta” həmçinin “TikTok” və “YouTube”u yeniyetmələrin təhlükəsizliyi üçün oxşar tədbirlər görməyə çağırıb.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












