Banner

Ödənişi edilən avtomobilə oğurluq iddiası: Şikayətçi məhkəməyə göndərilib - VİDEO

Xəbərlər 10 Noyabr 2026 20:37
Ödənişi edilən avtomobilə oğurluq iddiası: Şikayətçi məhkəməyə göndərilib  - VİDEO
WhatsApp kanalımıza abunə olun

5 min manat ödəyərək avtomobil alan Qazax sakini Süleyman Bayramov dələduzluqla üzləşdiyini iddia edir.

Belə ki, o, Gəncə avtomobil bazarından Muraz İsayev adlı şəxsdən etibarnamə əsasında aldığı avtomobildən artıq 8 aydan çoxdur istifadə edə bilmir.

Səbəb isə avtomobilə verilmiş etibarnamənin cəmi 15 gün sonra ləğv edilməsidir. Onun iddiasına görə, avtomobilin texniki pasportda qeyd olunan sahibi Əsəd Fərəcəliyevdir. Muraz İsayevin isə həmin şəxsə borcu olub. Tərəflər arasındakı borc mübahisəsi nəticəsində etibarnaməyə xitam verilib.

"Mənim pulumu verməsə, etibarnamə verməyəcəyəm", - dedi. 8 aydır gözləyirəm ki, bir-birilərinə olan borclarını həll etsinlər. Amma problem aradan qalxmadı", - deyə Süleyman Bayramov Baku TV-yə söyləyib.

Şikayətçinin sözlərinə görə, bir müddət sonra polis şöbəsindən ona zəng edilərək avtomobilin oğurlanması ilə bağlı müraciət daxil olduğu və maşının mühafizə olunan duracağa yerləşdirilməsinin tələb edildiyi bildirilib.

S.Bayramov isə avtomobili pul ödəyərək aldığını sübut etmək üçün əlindəki video və səs yazılarını polisə təqdim etdiyini deyir. O, məsələ ilə bağlı Muraz İsayevin hərbi qulluqçu olduğunu əsas gətirərək Sumqayıt Hərbi Prokurorluğuna da şikayət edib.

Lakin müraciətinə cavab olaraq mübahisənin mülki xarakter daşıdığı və həlli üçün məhkəməyə müraciət edilməli olduğu bildirilib.

 

Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh