Ayağını itirmiş qaziyə III qrup əlillik DƏRƏCƏSİ VERİLDİ - RƏSMİ AÇIQLAMA-FOTO

Vətən Müharibəsi qazisinə III qrup əlillik dərəcəsi verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Həsənov Murad Teyyub oğlu Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyası Vətən Müharibəsi iştirakçısı Həsənov Murad Teyyub oğluna III qrup əlillik dərəcəsi təyin edib.
***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:
“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














