AZAL 33 il səmalarda! - FOTO

Bu gün “Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.
Avtosfer.az xəbər verir ki, 1992-ci ildən bəri AZAL ölkəmizin qlobal aviasiyada təmsilçisi, regionumuzun dünyaya çıxışının təminatçısı olub.
Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməlliyi hədəfləyib.
Son dövrlərdə həyata keçirdiyimiz islahatlar və inkişaf yönümlü addımlar sayəsində bir çox vacib nəticələr əldə olunub.
2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin “AerCap” və “CDB Aviation” şirkətləri ilə “Airbus” təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gəmilərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumilikdə sifariş həcminin artırılmasını planlaşdırır.
AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanı üzərindən keçən ümumi uçuşların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 83% artıb. Tranzit uçuşlarda isə sözügedən ilə nəzərən 2024-cü ildə yüz faiz artıma nail olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin sayı 2022-ci ilə nəzərən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb.
Bu mütərəqqi səyahətimizdə təyyarənin göyərtəsində, hava limanında, dispetçer qülləsində və ya ofis şəraitində çalışan əməkdaşlarımızın göstərdiyi peşəkarlıq və fədakarlığa görə hər birinə dərin təşəkkürümüzü bildiririk.
Səmada fərq yaratmağa davam!
![]()
![]()
![]()
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












