Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatı yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentin mətbuat xidməti məlumat yayıb. Bu barədə razılıq Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə onun türkiyəli həmkarı Numan Kurtulmuş arasında keçirilən görüşdə əldə olunub.
Məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib və qeyd edib ki, “xalqın iradəsi hər şeydən üstündür, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu, gələcək inkişafın əsasına çevrilməlidir”.
Tərəflər qeyd ediblər ki, Gürcüstan və Türkiyəni uzun illər səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq bağlayır.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı müzakirə olunub. Tərəflər razılaşıblar ki, yaxın gələcəkdə dövlətlərin parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı yaradılacaq.
Numan Kurtulmuş Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.
Görüş Özbəkistanın paytaxtı Daşkənddə (PAİ) Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












