Azərbaycan artıq regional nəqliyyat qovşağına çevrilib - Teodor Deçev

Azərbaycan iki səbəbdən artıq regional nəqliyyat qovşağına çevrilib.
Bunu bu gün Trend-ə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasının üzvü Teodor Deçev deyib.
"Birinci səbəb koronavirus pandemiyasıdır. Həmin dövrdə Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutlarının əhəmiyyəti artıb. İkinci səbəb isə Ukraynadakı vəziyyətdir, bununla əlaqədar Şimal marşrutundan istifadə azalıb. İndi Şimal dəhlizindən istifadə edən yoxdur, belə ki, Rusiya limanlarından gəmilərin çıxışına heç kim nəzarət etmir. Bu səbəbdən yük axını Azərbaycana yönəlib və bu şəraitdə Azərbaycan rəhbərliyi mövcud dəyişikliklərə müdrik və adekvat reaksiya göstərib", - deyə o bildirib.
T.Deçev qeyd edib ki, Orta Dəhliz adı verilən Qərb-Şərq marşrutu Şimal-Cənub dəhlizi ilə kəsişir və bu, Azərbaycanı nəqliyyat qovşağına çevirir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












