Azərbaycan Ordusu təxribatların qarşısının alınması üzrə təlimlər keçib - FOTO - VİDEO

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib.
Avtosfer.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.
Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib.
Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub.
Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.
Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.



Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












