Azərbaycan-Qətər Birgə Biznes Şurası yaradılıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycan-Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalayıb.
Bu barədə Agentlik xəbər yayıb.
Məlumata görə, sənədi Qətərdə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar.
Biznes Şurası iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyətinin, gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaq. Şura ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüslərini dəstəkləyəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına kömək edəcək, sahibkarların qarşılıqlı səfərlərini, görüşlərini, birgə seminarlar və dəyirmi masalar təşkil edəcək, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsini həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək verəcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











