"Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır" - Hikmət Hacıyev

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səylərini birləşdirərək regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verən həmfikir ölkələr və strateji tərəfdaşdır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubayda Ərəb Media Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan özünün çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirməkdə davam edir.
"Kimliklərimizdən biri Cənubi Qafqaz, digəri isə Yaxın Şərqlə bağlıdır, çünki Azərbaycan daha geniş islam sivilizasiyasının bir hissəsidir. Biz daha geniş Yaxın Şərq regionunda BƏƏ ilə Azərbaycan arasında ola bilsin müəyyən coğrafi məsafənin mövcud olduğunu görürük", - o qeyd edib.
Bununla yanaşı, H.Hacıyev vurğulayıb ki, Azərbaycan və BƏƏ həmfikir ölkələr və strateji tərəfdaşdır:
"Biz bir səslə çıxış edirik və hesab edirik ki, ölkələrimiz birgə səylərini birləşdirərək regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir".
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB












