Daha bir tiktoker söyüşə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə ictimai davranış qaydalarnı pozan daha bir şəxs məsuliyyətə cəlb olunub.
Avtosfer.az modern.az-a istinadla xəbər verir ki, 43 yaşlı Murad Salmanov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr səsləndirib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
M. Salmanov bu hərəkətinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Murad Salmanov izahatında hadisə zamanı sərxoş olduğunu deyib. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA











