Azərbaycanlı iş adamının 100 minlik qızılı oğurlandı, polis zabiti TUTULDU

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamının qızılları oğurlanıb. Puşkin şəhər Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayaraq, “Kia Rio” markalı avtomobilinə baxış keçiriblər.
Avtosfer.az xəbər verir ki, avtomobildə cinayətkarın müşahidə kameralarından üzünü gizlətmək üçün istifadə etdiyi çətir, bir cüt idman ayaqqabısı, eləcə də külli miqdarda zinət əşyası aşkarlanıb. Onların arasında “Cartier”, “Van Cleef” və “Bulgari” bilərzikləri, ağ qızıldan hazırlanmış “Chaumet” boyunbağı və digər qiymətli əşyalar olub. Zinət əşyalarının ümumi dəyəri 5 milyon 141 min rubl (təxminən 106 min 608 manat) təşkil edib.
Araşdırma zamanı məlum olub ki, bu əşyalar Ximkidəki mənzildən oğurlanıb. Rusiyanı tərk etməzdən əvvəl azərbaycanlı iş adamı onları saxlanılması üçün dostuna verib.
Bütün maddi sübutlar paketlərə yerləşdirilərək möhürlənib, protokollar isə hal şahidləri tərəfindən imzalanıb. Əşyalar polis şöbəsindəki seyfə qoyulub. Lakin sonradan oğurlanmış zinət əşyalarını ətraflı araşdırmaq istədikdə paketlərdə yalnız çətir və idman ayaqqabılarının olduğu məlum olub. Qiymətli əşyalar yoxa çıxıb, protokollar isə hal şahidlərinin imzaları olmayan sənədlərlə əvəzlənib.
Polisin daxili təhlükəsizlik xidməti qısa müddətdə maddi sübutlara çıxışı olan şəxsin Puşkin şəhər Daxili İşlər İdarəsinin cinayət axtarışı şöbəsinin əmlak cinayətləri ilə mübarizə qrupunun əməliyyat müvəkkili olduğunu müəyyən edib.
Ona oğurluq və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb.
Polis əməkdaşı günahını etiraf etməsə də, Puşkin məhkəməsi onu 4 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sınaq müddəti də 4 il müəyyənləşdirilib. Bundan əlavə, ona 2 il müddətinə hüquq-mühafizə orqanlarında işləmək qadağan edilib.
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO












