Biləsuvar sərhəd-keçid məntəqəsində avtomobillərin hərəkəti qismən bərpa olunub - VİDEO

Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yük avtomobillərinin keçidi ilə bağlı yaranan çətinliklər davam edir.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, son saatlarda yük avtomobillərinin sərhəddən keçidində müəyyən aktivləşmə müşahidə olunsa da, problem hələ də tam həllini tapmayıb.
Bildirilir ki, bir neçə gündür sərhəd-keçid məntəqəsində gözləyən yük avtomobillərinin hərəkəti əvvəlki günlərlə müqayisədə nisbətən sürətlənib. Buna baxmayaraq, sürücülər hələ də keçid zamanı çətinliklərlə üzləşir, uzun müddət gözləməli olurlar.
Mövcud vəziyyət yük maşını sürücülərinin narazılığına səbəb olub. Onlar yaranmış problemin tam aradan qaldırılmasını və sərhəd-keçid prosesinin normal rejimdə davam etməsini istəyirlər.
Qeyd edək ki, Biləsuvar sərhəd-keçid məntəqəsi Azərbaycanla İran arasında yük və sərnişin daşımalarında mühüm əhəmiyyətə malikdir.
***
Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yük avtomobillərinin keçidi ilə bağlı çətinliklər yaranıb.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, bir neçə müddətdir davam edən vəziyyət sürücülərin narazılığına səbəb olub. Yük avtomobillərinin sərhəd-keçid məntəqəsindən keçməsi zamanı problemlərlə üzləşdiyi bildirilir.
Sürücülər günlərdir davam edən çətinliyin onların vaxt itkisinə və əlavə narahatlıqlara səbəb olduğunu qeyd edirlər. Xüsusilə sərhədi keçmək istəyən avtomobil sahibləri mövcud vəziyyətin nə zaman aradan qaldırılacağı ilə bağlı aydınlıq gözləyirlər.
Qeyd edək ki, Biləsuvar sərhəd-keçid məntəqəsi Azərbaycanla İran arasında avtomobil nəqliyyatı və sərnişin daşımaları baxımından mühüm keçid məntəqələrindən biridir.
Hazırda problemin dəqiq səbəbləri məlum deyil.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA











