Hörmüz boğazında gəmi hərəkəti 15 faiz azalıb

İranın Fars körfəzində hərbi fəaliyyətini intensivləşdirməsi nəticəsində son bir həftədə Hörmüz boğazında və ətrafında azı 25 tanker hücuma məruz qalıb.
Avtosfer.az xəbər verir ki, hücumların artması ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası və iqtisadi sanksiyalar fonunda baş verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Tehran hücumlar nəticəsində iki “Patriot” hava hücumundan müdafiə radarının məhv edildiyini iddia edib.
Bəhreyn hakimiyyəti isə İranın hücumu nəticəsində mülki sənaye obyektində yanğın baş verdiyini bildirib.
İran hərbçiləri ABŞ-yə məxsus F-16 qırıcısına zərər vurduqlarını da iddia ediblər. ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təkzib edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına əsasən, noyabrın 12-dən 18-dək Hörmüz boğazından 263 gəmi keçib. Bu, əvvəlki həftə ilə müqayisədə 15 faiz azdır. Həmin müddətdə boğazdan keçən neft tankerlərinin sayı isə 52-dən 37-yə düşüb.
Ekspertlər hesab edirlər ki, Tehran hücumları artırmaqla ABŞ-yə və onun regiondakı müttəfiqlərinə təzyiq göstərməyə, Vaşinqtonu iqtisadi blokadadan imtina etməyə məcbur etməyə çalışır.
Quincy İnstitutunun vitse-prezidenti Trita Parsi bildirib ki, ABŞ-nin dəniz blokadasını davam etdirməsi regionda hərbi eskalasiya riskini artırır.
ABŞ Prezidenti Donald Tramp isə İranla nüvə silahının əldə edilməsini istisna edən uzunmüddətli razılaşmaya nail olmaq niyyətində olduğunu açıqlayıb.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA












