Azərbaycan və İtaliya hava nəqliyyatı əməkdaşlığı genişləndirir

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında görüş baş tutub.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
S. Rzayev bildirib ki, AZAL 1 apreldən etibarən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb, 13 may tarixindən isə uçuşları hər gün həyata keçirəcək.
Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.
Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












