Azərbaycan vətəndaşlarını qanunsuz olaraq Avropaya aparan şəxslər saxlanılıb

Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən olan sığınacaq axtaranları qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Avtosfer.az-ın məlumatına görə, 21-44 yaşlı Livan, Suriya və Liviya vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvləri 2019-cu ildən bəri avtobus, yük maşını və qayıqlarla 140-dan çox sığınacaq axtaranı pul qarşılığından qanunsuz olaraq Avropaya gətirib. Qanunsuz olaraq Avropaya gətirilənlər əsasən, Əfqanıstan, Pakistan, İran, Azərbaycan, Ermənistan və Monqolustan vətəndaşları olublar.
Saxlanılan dəstə üzvlərinin evlərində aparılan axtarış zamanı sığınacaq axtaranlara aid pasport, şəxsiyyət vəsiqəsi, müxtəlif dövlət qurumlarına aid sənədlər, foto və video məlumatların olduğu xarici yaddaş qurğular götürülüb.
Dəstə üzvlərinin polisdə ilkin ifadəsi zamanı məlum olub ki, onlar Türkiyə və Yunanıstana qədər sığınacaq axtaranları avtobus, yük maşını və qayıqlarla, daha sonra isə piyada Avropa Birliyi ölkələrinə gətiriblər.
Saxlanılan şəxslərin ifadəsinə əsasən “Europol” dəstə başçısını Avstriyada saxlayıb.
Faktla bağlı əməliyyat istintaq-tədbirləri davam etdiyindən başqa məlumat verilməyib.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












