Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 176 ölkədən 1 323,2 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gələnlərin 27,4 %-i Rusiya, 19,4 %-i Türkiyə, 10,8 %-i İran, 6,8 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,4 %-i Hindistan, 3,3 %-i Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Qazaxıstan, 1,8 %-i Ukrayna, 1,7 %-i İsrail, 1,6 %-i Özbəkistan, 1,5 %-i Küveyt, 1,3 %-i Oman, 1,1 %-i Belarus, 11%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,6 %-ni kişilər, 25,4 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan gələnlərin sayı 70,8 dəfə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 35,6 dəfə, Pakistandan gələnlərin sayı 22,3 dəfə, Hindistandan gələnlərin sayı 15,4 dəfə, Özbəkistandan gələnlərin sayı 6,5 dəfə, Qazaxıstandan gələnlərin sayı 5,3 dəfə, İsraildən gələnlərin sayı 4,4 dəfə, BƏƏ-dən gələnlərin sayı 4,2 dəfə, ABŞ-dan gələnlərin sayı 3,2 dəfə, Almaniyadan gələnlərin sayı 2,7 dəfə, Fransadan gələnlərin sayı 2,4 dəfə, Böyük Britaniyadan gələnlərin sayı 1,9 dəfə, Rusiyadan gələnlərin sayı 1,8 dəfə, Ukraynadan gələnlərin sayı 1,7 dəfə, Türkiyədən gələnlərin sayı 1,6 dəfə, İrandan gələnlərin sayı 44,1 %, Gürcüstandan gələnlərin sayı isə 28,3 % artıb.
Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 2 dəfə artaraq 462,9 min nəfər olub.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı








