Azərbaycanda balıq ovuna icazə veriləcək

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna moratorium sentyabrın 1-də başa çatır.
Bu barədə Avtosfer.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, 1 sentyabr tarixindən balıq ovlama müddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












