Azərbaycanda BU BANKLARIN əmlakları hərraca çıxarılır

Dekabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz, “NBC Bank”, “AGBank”, “Atabank”, “Zamin Bank”, “Amrah Bank” ASC-lərin və “Bank Standard” QSC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Texnika Bank”a məxsus Quba rayonunun Aşağı Xuç kəndində yerləşən 2,4 hektarlıq torpaq sahəsindən, “NBC Bank”a məxsus 1 ədəd dəmir seyfdən, yenə də bu banka məxsus 21 ədəd kompüter avadanlığından, “AGBank”a məxsus 13 kompüter avadanlığından, “Atabank”a məxsus 20 kompüter avadanlığından, “Zamin Bank”a məxsus 17 kompüter avadanlığından, “Amrah Bank”a məxsus 45 kompüter avadanlığından və “Bank Standard”a məxsus 34 kompüter avadanlığından gedir.
Əmlaklara müvafiq olaraq 15 000 manat, 1 800 manat, 2 485 manat, 2 505 manat, 1 690 manat, 2 625 manat, 14 146 manat və 5 455 manat qiymət qoyulub.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı








